Valyuta məzənnəsi

Fuad Muradov Boris Kandovla görüşdü

Tarix:16-03-2024, 20:16

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandovun rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. 

YeniAN.az  xəbər verir ki, qonaqları səmimi salamlayan komitə sədri Azərbaycan dövlətinin diaspor siyasəti, həyata keçirilən irihəcmli layihələr barədə məlumat verib, konqreslə əməkdaşlıqdan məmnun olduğunu və mövcud əlaqələrin strateji əməkdaşlıq səviyyəsində davam edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan dövlətinin multikultural və toletantlıq ənənələrini yüksək qiymətləndirən ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandov, ABŞ və Kanada Buxara Yəhudiləri Mərkəzinin rəhbəri Leon Nektalov və "Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektalov xaricdəki Buxara yəhudiləri ilə Azərbaycan icmaları arasında dostluq, qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini və təcrübə mübadiləsinin daha səmərəli olacağını vurğulayıblar. 

Görüşdə Azərbaycan Diasporuna Dəstək Fondu ilə ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Görüşün sonunda qonaqlara fondun dəstəyi ilə çap olunan "Heydər Əliyevin sevimli musiqi inciləri” kitabı və bir sıra başqa vəsaitlər hədiyyə olunub. 

Xatırladaq ki, ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi 100-dən artıq mədəniyyət mərkəzini, təhsil, icma və media müəssisəsini özündə birləşdirir. 

 

 
Oxunub: 75



XƏBƏR LENTİ
Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir HİKMƏT HACIYEV
ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış edib
Bakıda 75 yaşlı kişi qətlə yetirildi: Şübhəli şəxs saxlanıldı
"Kliniki ölüm keçirtdim" - Natavan Həbibi
“Microsoft”a görə ABŞ-də ləğv edilən uçuşların sayı 2,3 mini keçdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyevin ll Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq
Xankəndiyə marşrut xətti açılır - RƏSMİ
FTX Yessentukidə terror aktının qarşısını alıb
Hərbi xidmətdən yayınmaq istəyənlər üçün PİS XƏBƏR - Artıq mümkün olmayacaq...
Ermənistanda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
Berlin hava limanında uçuşlar dayandırılıb
Dünyada kütləvi nasazlıq yaşanır: Hava yolları və bankların işində problem
Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - Bu şəxslər 1 000 manat CƏRİMƏ OLUNACAQ
İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb
lham Əliyev Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb
İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib
İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib