Valyuta məzənnəsi

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə toplantı keçirilib

Tarix:14-03-2019, 12:40

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə toplantı keçirilib
Köln şəhərində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə bu ölkənin qərb bölgələrində yaşayan Azərbaycan icmasının toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Komitə sədri Azərbaycan diasporunun fəaliyyəti, diaspor hərəkatında yeni mərhələnin başlanması, görülən işlər və digər məsələlərlə bağlı çıxış edib.

Dövlət Komitəsinin son aylardakı fəaliyyətini əks etdirən videohesabat təqdim olunduqdan sonra Koordinasiya Şurasının gördüyü işlər, yaxın zaman üçün nəzərdə tutulan plan və proqramlar barədə məlumat verilib.

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev qurumun fəaliyyətini təhlil edib.

Görüşdə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib və Diaspor Gənclərinin II Yay Düşərgəsi barədə ətraflı danışılıb. Fondun fəaliyyət istiqamətləri haqqında icraçı direktor Elşad Əliyev məlumat verib.

Toplantıda müxtəlif təşkilatların nümayəndələri, o cümlədən Altay Rüstəmli, Emin Həsənov, Seyidbağır Ağayev, Naibə Hacıyeva, Samirə Patser İsmayılova, Xədicə Zeynalova, Lev İsmixanov, Mövsüm Hacıyev və başqaları çıxış ediblər.

Çıxışlardan sonra diaspor rəhbərləri və Azərbaycan icmasının üzvləri ilə geniş fikir mübadiləsi aparılıb.
Oxunub: 277



XƏBƏR LENTİ