Valyuta məzənnəsi

Ceyhun Bayramov Körfəz Əməkdaşlıq Şurası-Mərkəzi Asiya Sammitində çıxış edib

Tarix:15-04-2024, 10:44

Ceyhun Bayramov Körfəz Əməkdaşlıq Şurası-Mərkəzi Asiya Sammitində çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

Körfəz Əməkdaşlıq Şurası-Mərkəzi Asiya Sammitində fəxri qonaq kimi iştirak edib.

YeniAN.az  xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

İclasda çıxış edən nazir regionlararası əlaqələrin, qardaş ölkələr arasında

çoxşaxəli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Çıxışda regionlarımız arasında daha möhkəm tərəfdaşlığa doğru addımların atılmasına

zəmin yaradan bu strateji dialoqa inam və öhdəlik ifadə olundu.

Oxunub: 135



XƏBƏR LENTİ