Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi
nümayəndə heyəti Şuşaya gəlib.
Bu barədə YeniAN.az-a Milli Məclisin Mətbuat xidmətindən xəbər verilib.
Qeyd edək ki, nümayəndə heyəti bundan əvvəl Füzuli şəhərində olub və səfər zamanı
nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilmiş
dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən
həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olub.