Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü - Azərbaycan Silahlı
Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram. Bəli bu
bayram günü məhz bu gün yəni 26.06.2025-ci il tarixdə AVMVİB-nin Nəsimi
rayon şöbəsində müharibə veteranları və qazilərin iştirakı ilə qeyd
edildi.
"Qanunyolutv.az" xəbər verir ki, 26 iyun-Azərbaycan
Respublikası Silahlı Qüvvələri Günü münasibəti ilə AVMVİB-nin Nəsimi
rayon şöbəsində bayram tədbirini Nəsimi rayon şöbəsinin sədri,
"Azərbaycan Bayrağı" ordenli, Vətənpərvər, həmişə Şəhid, Qazi
ailələrinin yanında olan polkovnik Elmar Hüseynov tərəfindən keçirildi.
Tədbirdə
ilk öncə AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar
Hüseynov çıxış edərək gələn qonaqları, veteranları, qaziləri salamladı.
Ali Baş Komandan Cənab ilham Əliyevin daxili və xarici siyasətindən,
Onun 44 gün Qarabağ savaşında erməni faşistlərinə qarşı apardığı
müharibədə qazandığı qələbəsindən danışdı. Sonra torpaqlarımızın ərazi
bütövlüyü uğrunda canlarından, qanlarından keçən cəmi şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Elmar
Hüseynov çıxışına davam edərək müharibə veteranlarına, qazilərə, gələn
qonaqlara AVMVİB-nin sədri hörmətli Füzuli Rzaquliyevin təbriklərini
çatdırdı və çıxış üçün sözü tədbir iştirakçılarına verdi.
Tədbir
iştirakçılarından Binəqədi rayon şöbəsinin sədri Mərdən Ələsgərov, Qazi,
Qarabağın Tutusu Rüxsarə Cumayeva, Zakir İbrahimov, "Qanunyolutv.az"-ın
rəhbəri, eləcədə Müharibə veteranı Arif Süleymanlı, "Xezertv.info"-nun
rəhbəri Fərid Səfərov və başqaları çıxış edərək tədbir iştirakçılarını
salamladılar və bayramla bağlı öz ürək sözlərini söylədilər.
Tədbirin
sonunda isə 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü
münasibəti ilə müharibə veteranları hərəkatının formalaşmasında fəal
xidmətlərinə görə veteranlar
"Fəxri Diplom"la təltif olundular.
P.S.Sonda
məndə "Qanunyolutv.az" -ın rəhbəri olaraq kollektivimiz adından başda
AVMVİB-nin sədri hörmətli Füzuli Rzaquliyev olmaqla AVMVİB-nin Nəsimi
rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynova bu yolda, işlərində
daima uğurlar və yeni-yeni müvəffəqiyyətlər, nailiyyətlər arzulayıram.
Biz veteranlara diqqət və qayğı göstərdiklərinə görə təşəkkür edirəm.
26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününüz mübarək!
Hörmətlə: "Qanunyolutv.az" Təsisçi və baş redaktor
ARİF SÜLEYMANLI
Oxunub: 21