Heqiqixeber.az xəbər verir ki, 25-29
iyun 2025-ci il tarixlərində keçirilən XXIX Azərbaycan Kikboksinq
Birinciliyində Zülfüqar İdman Klubunun idmançısı Həsənzadə Nuray Vüqar
qızı parlaq çıxışı ilə fərqlənib. Gənc idmançı mükəmməl döyüş bacarığı,
əzmkarlığı və taktiki hazırlığı ilə rəqiblərini məğlub edərək Azərbaycan
birincisi adına layiq görülüb.
Nuray Həsənzadənin bu uğuru təkcə
şəxsi zəhmətinin deyil, həm də onu bu yolda dəstəkləyən və yetişdirən
insanların əməyinin nəticəsidir. Bu münasibətlə, Azərbaycan Kikboksinq
Federasiyasının fəxri prezidenti cənab Adil Əliyevə, hazırkı federasiya
prezidenti Orxan Əliyevə və Nurayın şəxsi məşqçisi Fərrux Zülfüqaroğluna
dərin təşəkkür bildirilir.
Bu uğur bir daha göstərdi ki, Azərbaycan
kikboksinqi yüksəliş yolundadır və yeni nəsil idmançılarımız ölkəmizi
beynəlxalq arenalarda da layiqincə təmsil etməyə hazırdır.