Valyuta məzənnəsi

Almaniya Trampın Ukraynaya "Patriot" tədarükü ilə bağlı bəyanatını təkzib etdi

Tarix:Dünən, 11:47

Almaniya hökuməti ABŞ prezidenti Donald Trampın "Patriot” zenit-raket komplekslərinin artıq Almaniyadan Ukraynaya yola salındığı barədə verdiyi bəyanatı təkzib edib.

Qaynarinfo SRF nəşrinə istinadla yazır ki, Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi hökumətin belə bir tədarük barədə məlumatlı olmadığını bildirib.

"Hazırda hər hansı bir şeyin yolda olduğunu təsdiqləyə bilmərəm. Bu barədə mənə heç nə məlum deyil”, – deyə o vurğulayıb.

Almaniya Müdafiə Nazirliyinin sözçüsü həmçinin xatırladıb ki, bazar ertəsi Ukraynaya dəstək məqsədilə "Ramşteyn” formatında virtual görüş keçiriləcək. Bu görüşdə "Patriot” komplekslərinin Ukraynaya mümkün qədər tez çatdırılması üçün yollar və vəsaitlər müzakirə ediləcək.

Daha əvvəl UNIAN xəbər vermişdi ki, Tramp Ukraynaya "Patriot” komplekslərinin göndərildiyini bəyan edib. Onun sözlərinə görə, bu sistemlərin böyük hissəsi döyüş meydanında olacaq. "Ukrayna batareyalar yoxsa sadəcə raketlər alacaq?” – sualına Tramp "Hər şey. Bu "Patriot”dur. Batareyaları ilə birlikdə tam komplektdir”, – cavabını verib.

Bununla belə, hərbi ekspert, "Reaktiv Poçt” ictimai təşkilatının qurucusu Pavel Narojnı Trampın bəhs etdiyi 17 "Patriot” sistemi barədə rəqəmi tamamilə reallıqdan uzaq hesab edir. Onun fikrincə, söhbət yəqin ki, 17 buraxılış qurğusundan, yəni təxminən iki batareyadan gedir.

Alpər

Oxunub: 3



XƏBƏR LENTİ