Dərbənddə hüquq-mühafizə orqanları tikintidə aşkar edilmiş üç şəxsin ölüm səbəbini araşdırırlar.
obyektivxeber.info Rusiya KİV-ə istinadla xəbər verir ki, ölənlər Azərbaycan vətəndaşlarıdır.
Məlumatlara görə, hər üç şəxsin cəsədi Dərbənd şəhərində tikilən hündürmərtəbəli binanın yaxınlığında aşkar edilib. İlkin ehtimallara görə, onlar hündürlükdən yıxılaraq, ölüblər.
Hazırda faktla bağlı araşdırmalar aparılır.