Valyuta məzənnəsi

Rəfiqəsini balta ilə hissələrə bölən qadına ağır cəza

Tarix:8-11-2018, 15:12

Rəfiqəsini balta ilə hissələrə bölən qadına ağır cəza
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini qətlə yetirməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Qorlova 17 il müddətinə azadlıqdan məhrum edilib

Qeyd edək ki, bu il fevralın 16-da səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Məlumat əsasında hadisə yerinə Bakı şəhər Prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıblar. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olduğu müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarında olub. Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və bu il fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İ.Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.

Etibar Məmmədov

Oxunub: 289



XƏBƏR LENTİ