Valyuta məzənnəsi

Azərbaycana minlərlə “Afrika şiri” keçirdilər

Tarix:6-03-2019, 12:49

Azərbaycana minlərlə “Afrika şiri” keçirdilər
“Qırmızı Körpü” gömrük postunda Azərbaycana gələn “Mercedes Benz” markalı avtomobilin salonunda gizlədilmiş 16 ədəd üzərində “Nemirovskaya” yazısı olan spirtli içki və 2900 ədəd üzərində “Afrika şiri” yazısı olan dərman preparatları aşkarlanıb.

Obyektivxeber.info xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Sürücü gömrük baxışından öncə maşınında gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.
Oxunub: 262



XƏBƏR LENTİ