Valyuta məzənnəsi

Motosiklet "Baku Bus"ın qarşısına çıxıb, qəza törətdi - Sürücü yaralandı (YENİLƏNİB)

Tarix:15-03-2019, 14:34

Motosiklet "Baku Bus"ın qarşısına çıxıb, qəza törətdi - Sürücü yaralandı (YENİLƏNİB)
Bir qədər əvvəl Yasamal rayonu M.Xiyabani küçəsində yol nəqliyyat hadisəsi baş verib.

BNA-dan Obyektivxeber.info-a verilən məlumata görə, hərəkətdə olan motosiklet minik avtomobili ilə toqquşub. Nəticədə motosiklet 17 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına düşüb. Motosikletin sürücüsü xəsarət alıb avtobusda olan sərnişlərdən xəsarət alan olmayıb.

Hazırda hadisə ilə bağlı müvafiq qurumlar eyni zamanda BNA tərəfindən araşdırma aparılır.

14:02

Bakıda sərnişin avtobusu zəncirvari qəzaya düşüb, xəsarət alan var.

Unika.org Ona-ya istinadən xəbər verir ki, Yasamal rayonu, Xiyabani küçəsində 17 saylı marşrut avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib.

Qəza zamanı bir avtomobil və 1 motosiklet yararsız vəziyyətə düşüb. Xəsarət alanların olduğu bildirilir.
Oxunub: 364



XƏBƏR LENTİ