Səhiyyə Nazirliyi Bakıda marşrut avtobusunun törətdiyi qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.
Nazirlikdən Obyektivxeber.info-a bildirilib ki, qəza nəticəsində 30 yaşlı kişi döş qəfəsinin küt travması ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Xəstəxanaya çatdırılan yaralıya ilkin tibbi yardım göstərilib və evə buraxılıb.
Qəza nəticəsində yüngül xəsarət alan 72 yaşlı kişiyə isə yerində yardım göstərilib.
Qeyd edək ki, martın 19-da paytaxtın Qara Qayarev prospektində, “8-ci kilometr bazarı”nın yanında 40 nömrəli marşrut xətti ilə hərəkət edən 10-TG-826 dövlət nömrə nişanlı avtobusu zəncirvari qəza törədib. Belə ki, avtobus idarəetmədən çıxaraq bir neçə avtomobilə çırpılıb.
Oxunub: 319