Bakıda fəhlə binadan yıxılıb.
Obyektivxeber.info Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Rayonun Səməd Vurğun, Ş.Əzizbəyov, S. Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsində inşa olunan hündürmərtəbəli yaşayış binasında fəhlə işləyən, 1957-ci il təvəllüdlü Rəsulov Firudin Misir oğlu həmin binanın 3-cü blok 5-ci mərtəbəsindən üzbəüz inşa olunan binanın 4-cü blokunun 5-ci mərtəbəsinə keçmək istəyərkən yıxılıb.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.