Valyuta məzənnəsi

Siyəzən və Xaçmazda yanğın baş verib

Tarix:17-06-2021, 21:58

Siyəzən və Xaçmazda yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən və Xaçmaz rayonları ərazisində yanğın olması barədə məlumat daxil olub.

YeniAN.az FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, hazırda Siyəzən rayonunun Sədan, Məşrif, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında kol-kos yanır. Yanğının meşə ərazisinə keçmək riski olduğu üçün alovun söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Bu gün eyni zamanda Xaçmaz rayonunun Nabran və Niyazoba qəsəbələri yaxınlığındakı quru ot, kol-kol və biçilmiş taxıl sahələrində yanğın davam edir. Yanğının meşə ərazisinə keçmə təhlükə yaranıb. Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli ərazidə olması yanğınsöndürmə işlərini çətinləşdirir.

Yaxınlıqda infrastruktur obyektləri yanğından mühafizə olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

YeniAN.az

Oxunub: 131



XƏBƏR LENTİ