Abşeron rayonu ərazisində ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Saray qəsəbəsi ərazisində 2-ci Kənar Dairəvi Yolun başlanğıcında baş verib.
SOY Production şirkətinin baş direktoru Oqtay Əliyev, həyat yoldaşı Dilarə Əliyeva və Mehriban Zəkinin olduğu avtomobil aşıb. Hadisə nəticəsində Oqtay Əliyev hadisə yerində dünyasını dəyişib, Dilare Əliyeva və Mehriban Zəki ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.