Valyuta məzənnəsi

Yasamalda ata oğlunu öldürdü

Tarix:8-04-2023, 12:17

Bakıda dəhṣətli hadisə baṣ verib. Ata oğlunu öldürüb. Artıq oğlunu öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb.

YeniAN.az  xəbər verir ki, bu barədə Yasamal rayon prokurorluğu məlumat yayıb.

Hadisə aprelin 7-si saat 23 radələrində baṣ verib. Paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafiova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz İsrafilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.Yasamalda QƏTL - Prokurorluq məlumat yaydı » Vertikal.azAzərbaycanda ata oğlunu öldürdü | No Comment

Oxunub: 57



XƏBƏR LENTİ