Valyuta məzənnəsi

Xaçmazda avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb

Tarix:9-10-2023, 21:46

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 35-ci km-də, rayonun Nərəcən kəndindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAN.az xəbər verir ki, "VAZ-21099" markalı minik avtomobili hərəkətdə olarkən "Qaz-3110" markalı nəqliyyat vastəsilə toqquşub.

Hadisə nəticəsində 1997-ci il təvəllüdlü Novruzov Alim Əlirza oglu, 1998 -ci il təvəllüdlü Novruzova Gülyanə Tahirmirzə qızı, 1971-ci il təvəllüdlü Qənbərova Hicran Nurbaba qızı və 1967-ci il təvəllüdlü Qənbərov Canpolad Cavanşir oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım biriqadasının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Xaçmazda 2 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Oxunub: 39



XƏBƏR LENTİ