Valyuta məzənnəsi

Bakıda avtomobil yanıb: Xəsarət alan var

Tarix:13-10-2024, 14:00

Bakıda avtomobil yanıb - Oxu.az

 

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 18 m² olan qarajda dayanan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri qismən, qarajda 4 m² sahədə rəf və rəfin üzərində yığılan avtomobil ehtiyat hissələri yanıb.

YeniAN.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan lambirdən ibarət tavan 8 m² sahədə əriyib.

 

Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Avtomobilin və qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunub: 133



XƏBƏR LENTİ