Valyuta məzənnəsi

Sabirabadda yanğın zamanı bir nəfər xəsarət alıb

Tarix:18-04-2021, 13:26

Sabirabadda yanğın zamanı bir nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən YeniAN.az-a ölkə ərazisində bu gün baş verən yanğınlarla bağlı üç məlumat daxil olub.

Sabirabad rayonunun Quruzma kəndində ümumi sahəsi 152 m² olan kürsülü birmərtəbəli evin zirzəmisində taxta atmalar və tavana çəkilmiş şüşə-pambıqdan ibarət üzlük 26 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Qorxmazoba kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin və bitişik ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gədəbəy rayonunun Çay Rəsullu kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılan 300 kiloqram ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

YeniAN.az

Oxunub: 162



XƏBƏR LENTİ