Valyuta məzənnəsi

İcra nümayəndəsinin qardaşı güllə yarasından öldü - Yenilənib

Tarix:6-03-2025, 23:30

icra-numayendesinin-qardasi-gulle-yarasindan-oldu

Biləsuvar rayonunda güllə yarası alan kişi ölüb.

YeniAN.az  xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Belə ki, 1968-ci il təvəllüdlü Bağırov İqbal Bəhlul oğlu yaşadığı evin həyətində güllə yarası alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

İlkin olaraq onun ov tüfəngindən aldığı güllə yarasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Biləsuvar rayon sakininin güllə yarasından ölməsinin bəzi detalları məlum olub.

Belə ki, İqbal  Bağırov evinin həyətində oğlanlarının mübahisəsinə əsəbiləşib. Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman açılan atəş onun ölümünə səbəb olub.

İ. Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator kimi çalışırmış. O, hadisə baş verən kəndin icra nümayəndəsinin qardaşıdır.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, bu gün saat 20:30 radələrində 1968-ci il təvəllüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxunub: 69



XƏBƏR LENTİ