Valyuta məzənnəsi

Azərbaycan və Qazaxıstan XİN başçıları arasında geniş tərkibdə görüş oldu – YENİLƏNDİ

Tarix:Dünən, 11:30

Azərbaycan və Qazaxıstan XİN başçıları arasında geniş tərkibdə görüş oldu – YENİLƏNDİ

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə qazaxıstanlı həmkarı Murat Nurtleu arasında geniş tərkibdə görüş olub.

YeniAN.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıqdan irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.GlvBtirXkAAHNuy

Həmçinin Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya və humanitar aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Regional və BMT, İƏT, OTS, CICA daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da gündəmin əsas mövzusu olub.***
Astanada Azərbaycan və Qazaxıstanın Xarici İşlər Nazirlikləri arasında Fəaliyyət Planı imzalanıb.

***

Astanada Azərbaycan və Qazaxıstan XİN başçılarının nümayəndə heyətləri tərkibində görüşü başlayıb.

***

GlvBHKDXkAAvts6Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşüb.

YeniAN.az  xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.

"Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu rəsmi səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qarşılayır”, – paylaşımda qeyd olunub.

Oxunub: 77



XƏBƏR LENTİ