Valyuta məzənnəsi

"Qalatasaray" "Şalke"yə, "İnter" "Barselona"ya qarşı

Tarix:6-11-2018, 17:09

"Qalatasaray" "Şalke"yə, "İnter" "Barselona"ya qarşıBu gün Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 8 matç keçiriləcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" səfərdə Almaniyanın "Şalke" klubu ilə qarşılaşacaq. Bu komandalar arasında Türkiyədə keçirilən görüş qolsuz bərabərliklə başa çatıb.

Turun maraqla gözlənilən oyunlarından biri İtaliyada olacaq. "İnter""Barselona"nı qəbul edəcək. Səfərdə 0:2 hesabı ilə uduzan "İnter" doğma meydanda yaxşı nəticə əldə etməyə çalışacaq.

İtaliyada keçirləcək daha bir matçda "Napoli" PSJ-i qəbul edəcək. Bu komandalar arasında Fransada oynanılan matçda qalib müəyyənləşməyib -2:2.

A qrupu

21:55.Monako" (Fransa) - "Brügge" (Belçika)

00:00.Aletiko" (Madrid, İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

Oxunub: 255



XƏBƏR LENTİ