Valyuta məzənnəsi

Ronaldo tələb etdi: "Yuventus" bu 3 futbolçunu transfer etməlidi

Tarix:7-02-2019, 10:59

Ronaldo tələb etdi: "Yuventus" bu 3 futbolçunu transfer etməlidi
"Yuventus" Kriştianu Ronaldonu qane etmək üçün 3 transfer həyata keçirməlidi.

Fanat.Az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

Xəbərə görə, siyahıda ilk sırada "Real"ın futbolçusu İsko var. Onun klubun prezidenti Santyaqo Solari ilə anlaşa bilmədiyi və yayda Madrid klubunu tərk edəcəyi gözlənilir.

Turin klubunun ikinci transferi "Real"ın bir başqa futbolçusu Marselo ola bilər. O, Ronaldonun "Yuventus"da görmək istədiyi futbolçudur.

Üçüncü variant isə, "Bavariya"nın kolumbiyalı üzvü Xames Rodriqesdi. Baş məşqçi Niko Kovaç ilə anlaşa bilməyən futbolçu rəhbərliyə getmək istədiyini daha əvvəl bildirib.
Oxunub: 270



XƏBƏR LENTİ