"Liverpul" qış fasiləsində "Napoli"nin futbolçusu Lorentso İnsigneni transfer etmək istəyib.
Fanat.Az İtaliyanın "La Republica" qəzetinə istinadən xəbər verir ki, İngiltərə klubu A Seriyası klubuna 70 milyon avro təklif edib. Lakin "Napoli" 150 milyon avro tələb edib. Bu səbəbdən transfer baş tutmayıb.
Qeyd edək ki, İnsigne "Napoli"nin yetirməsidi. 27 yaşlı italiyalı forvard bu mövsüm oynadığı 27 matçda 11 qol vurub və 6 məhsuldar ötürmə verib.
Oxunub: 340