İtaliyanın "İnter" klubu 20111-ci ildən indiyədək sol və sağ cinah müdafiəçisi mövqeyinə 12 futbolçu transfer edib.
Bu transferlərə 90 milyon avro xərclənsə də, problem həll olunmayıb.
Obyektivxeber.info həmin 12 futbolçunu təqdim edir:
Yuto Naqatomo - 2011-ci ildə 10,9 milyon avroya "Cesena"dan alınan yapon futbolçu 2,5 milyona "Qalatasaray"a satılıb
Conatan - 6 milyon avroya "Santos"dan transfer olunan braziiyalı bir neçə dəfə icarəyə verildikdən sonra komandadan yola salınıb
Alvaro Pereyra - 2012-ci ildə "Portu"dan 12,2 milyon avroya alınan futbolçu ümidləri doğrultmayıb və "Estudiantes"ə satılıb
Danilo D'Ambrosio - 2014-cü ildə "Torino"dan 3,8 milyon avroya alınıb və indiyədək komandada qalmağı bacaran yeganə cinah müdafiəçisidi. Hələ də oynayır
David Santon - 2014-cü ildə "Nyukasl"dan icarəyyə götürülüb. Zədə səbəbindən gözlənilən performansı sərgiləmədiyindən geri göndərilib. 2015-ci ildə 3,7 milyon avroya transfer hüququ alınıb. Lakin yenə ümidləri doğrultmayıb və 3 il sonra 9,5 milyona "Roma"ya transfer olunub
Dodo Pires - 2014-cü ildə 9,3 milyon avroya alınıb. Lakin 5,5 milyon avroya "Sampdoriya"ya satılıb
Kristian Ansaldi - 10 milyon avroya "Cenoa"dan alınan futbolçu "İnter"in növbəti peşmançılığı olub. Sonradan "Torino"ya icarəyə verilib
Caner Erkin - "İnter" türk futbolçunu "Fənərbaxça"dan transfer haqqı ödəmədən heyətinə qatıb. Lakin heyətə düşə bilməyən futbolçu "Beşiktaş"a icarəyə verilib. Daha sonra İstanbul klubu onun transfer hüququnu alıb
Kvadvo Asamoah - Milan klubu 2,4 milyon avroy aldığı futbolçudan hələlik razıdı
Dalbert Enrike - 2017-ci ildə 21,7 milyon avroya "Nitsa"dan transfer olunan braziliyalı ümidləri doğrulda bilməyən. Lakin klub hələ də ödənilən pulun xətrinə ona səbr edir
Sime Vrsalko - 6,5 milyon avroya "Atletiko"dan icarəyə götürən xorvat futbolçu zədə səbəbindən mövsümü başa vurub
Sedrik Soares - "Sautqempton"dan icarəyə götürülən futbolçu ilə bağlı hələ qərar verilməyib. "İnter" onun transfer hüququnu almaq istəsə, 11 milyon avro ödəməlidi
Oxunub: 339