AFFA-nın ötən il balansında olan idman qurğularına ayırdığı vəsaitin məbləği açıqlanıb.
Obyektivxeber.info xəbər verir ki, bu barədə qurumun Hesabat Konfransında təqdim olunan Maliyyə və Mühasibat Departamentinin 2018-ci il üçün hesabatında bildirilib.
Qurum 2018-ci ildə stadionların, futbol akademiyasının və milli komandaların məşq mərkəzinin saxlanmasına ümumilikdə 2 milyon 727 min 54 manat xərcləyib.
Bu məbləğdən Məşq Bazasına 1 milyon 292 min 880, Futbol Akademiyasına 643 min 985, "Bakcell Arena”ya 423 min 962, "Dalğa Arena"ya 300 min 125, "Bayıl Arena”ya 35 min 400, Binə stadionuna isə 30 min 682 manat sərf olunub.
Oxunub: 250