Valyuta məzənnəsi

Azərbaycanda 2022-ci ildə əsas kapitala investisiyalar 19 mlrd. manatı keçəcək

Tarix:27-10-2018, 15:26

Azərbaycanda 2020-2022-ci illərdə əsas kapitala yönəldiləcək ümumi investisiyalarla bağlı proqnozlar açıqlanıb.

“Report” xəbər verir ki, 2019-cu ilin dövlət büdcə zərfində qeyd olunub ki, 2019-cu il ilə müqayisədə 2020-ci ildə əsas kapitala cəmi investisiyalarda real artım tempi 2,3% olacaq. Belə ki, 2020-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 18 mlrd. 440,4 mln. manat yönəldiləcək. Bu vəsaitin 12 mlrd. 81,1 mln. manat daxili investisiyanın, 6 mlrd. 359,3 mln. manat xarici investisiyanın payına düşəcək. Hesabat dövründə neft sektorunda əsas kapitala investisiyalar 8 mlrd. 166 mln. manat, digər sahələrə 10 mlrd. 274,4 mln. manat səviyyəsində proqnozlaşdırılır.

2021-ci ildə əsas kapitala investisiyalar 1,6% azalaraq 18 mlrd. 289,2 mln. manat təşkil edəcək ki, bunun da 13 mlrd. 119,8 mln. manat daxili investisiyanın, 5 mlrd. 169,4 mln. manat xarici investisiyanın payına düşəcək. Hesabat dövründə neft sektorunda əsas kapitala investisiyalar 5 mlrd. 620,2 mln. manat, digər sahələrə 12 mlrd. 669 mln. manat səviyyəsində gözlənilir.

2022-ci ildə isə əsas kapitala investisiyalarda real artım tempi 3,6% olmaqla 19 mlrd. 85,6 mln. manat təşkil edəcək ki, bunun da 13 mlrd. 488,6 mln. manat daxili investisiyanın, 5 mlrd. 597 mln. manat xarici investisiyanın payına düşəcək. Hesabat dövründə neft sektorunda əsas kapitala investisiyalar 5 mlrd. 909,9 mln. manat, digər sahələrə 13 mlrd. 175,6 mln. manat səviyyəsində proqnozlaşdırılır.

Oxunub: 302



XƏBƏR LENTİ