Valyuta məzənnəsi

"Barselona" 19 yaşlı futbolçunu 75 milyona alır

Tarix:12-03-2019, 13:06

"Barselona" 19 yaşlı futbolçunu 75 milyona alır
"Ayaks"dan Frenki de Yonqu yayda qüvvəyə minəcək müqaviləyə əsasən 75 milyon avroya transfer edən "Barselona" Amsterdam klubunun daha bir gənc ulduzunu heyətinə qatır.

Obyektivxeber.info xəbər verir ki, Kataloniya klubu Mattis de Liti transfer etməyə hazırlaşır. Goal.com-un məlumatına görə, "Barselona" 19 yaşlı holland stoper üçün ən azı 75 milyon avrodan keçməyə hazırdı. Bu futbolçunu "Mançester Siti" və "Yuventus"un da heyətinə qatmaq istəyindən xəbərdar olan kataloniyalılar dərhal hərəkətə keçib və rəsmi təkliflə "Ayaks"a müraciət edib.

Qeyd edək ki, 19 yaşlı Mattis de Lit cari mövsümdə 39 rəsmi oyuna çıxaraq 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Oxunub: 242



XƏBƏR LENTİ