"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer transfer edilməsini istədiyi iki futbolçunun adını rəhbərliyə təqdim edib.
Obyektivxeber.info xəbər verir ki, norveçli müxətssis "Benfika"dan 21 yaşlı müdafiəçi Ruben Diası və 19 yaşlı yarımmüdafiəçi Joao Feliksi istəyib.
"Mançester Yunayted" artıq gənc futbolçuların transferi üçün hərəkətə keçib. İngilislərin bu futbolçular üçün "Benfika"ya 180 milyon avro təklif etdiyi deyilir.
Qeyd edək ki, bu mövsüm 28 oyuna çıxan Feliks 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Dias isə 41 rəsmi matçda 2 qola imza atıb və 3 məhsuldhar ötürmə verib.
Oxunub: 358