UEFA "Yuventus"un ulduzu Kriştiano Ronaldoya qarşı intizam işi açıb.
Obyektivxeber.info qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 34 yaşlı portuqaliyalı futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə "Atletiko"ya 3:0 hesabı ilə məğlub etdikləri matçda etdiyi qeyri-etik hərəkətlər səbəb olub.
Qarşılaşmada 3 qol vuran hücumçu matç başa çatdıqdan sonra xoşagəlməz jest edib. Məsələyə martın 21-də baxılacaq.
Qeyd edək ki, analoji hərəkəti Madriddə "Yuventus"a 2:0 hesabı ilə qalib gələn oyundan sonra "Atletiko"nunbaş məşqçisi Dieqo Simeone eyni hərəkəti etmiş və 20 min avro cərimələnmişdi.
Oxunub: 312