Valyuta məzənnəsi

"Real" üçün uğursuz gecə

Tarix:6-03-2019, 12:54

"Real" üçün uğursuz gecə
"Real" Hollandiyada qalib gəldiyi (2:1) "Ayaks"a ev oyununda 1:4 hesabı ilə yenilərək Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb.

Obyektivxeber.info xəbər verir ki, bu oyunla bir sıra ilklər qeydə alınıb.

"Ayaks" 2002/03 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlib.

3 ildi çempionluq titulunu heç kimə verməyən və ardıcıl 8 mövsümdə ən azı yarımfinal oynayan "Real"ın uğurlu seriyası qırılıb. "Kral Klubu" həmçinin avrokuboklar tarixində ən uğursuz ev məğlubiyyətini alıb. Madrid təmsilçisi tarixində ilk dəfə ilk matçını qazandığı avrokubok mübarizəsindən məğlub ayrılıb.

OPTA-nın statistikasına əsasən, Çempionlar Liqası tarixində səfərdə keçirilən ilk matçda 2:1 hesablı qələbə qazanan 9 komanda arasında cavab oyunundan sonra mübarizəni dayandıran ilk komanda "Real" olub.

"Kral Klubu" həmçinin bu turnirdə ilk dəfə ardıcıl iki ev oyununda yenilib. Belə ki, madridlilər qrup mərhələsinin ötən ilin 12 dekabrında evdə ÇSKA-ya (Moskva) 0:3 hesabı ilə uduzmuşdu.
Oxunub: 285



XƏBƏR LENTİ