Valyuta məzənnəsi

Premyer Liqa tarixinin ən yaxşı legioneri müəyyənləşdi

Tarix:24-03-2019, 13:59

Premyer Liqa tarixinin ən yaxşı legioneri müəyyənləşdi
İngiltərə Premyer Liqası tarixinin ən yaxşı legioner futbolçusu seçilib.

Obyektivxeber.info xəbər verir ki, azarkeşlər arasında keçirilən sorunun qalibi Tyerri Anri olub. "Arsenal”ın və Fransa millisinin sabiq üzvü 45 faiz səs toplayıb.

İkinci pilləni "Mançester Yunayted”in sabiq üzvü, hazırda "Yuventus”da çıxış edən Kriştiano Ronaldo tutub - 14 faiz. "Mançester Yunayted”in digər sabiq futbolçusu Erik Kantona isə 12 faiz səslə 3-cü olub.

Qeyd edək ki, Anri 1999-cu ildə "Yuventus"dan "Arsenal"a 16.1 milyon avroya transfer olunub. O, 2007-ci ilədək London klubu ilə Premyer Liqanın (2 dəfə), Federasiya Kubokunun (2), İngiltərə Super Kubokunun (2) qalibi olub, Çempionlar Liqasında final oynayıb. 2007-2010-cu illərdə "Barselona"da 2010-2014-cü illərdə "Nyu York Red Bulls"da çıxış edən fransalı futbolçu 2012-ci ildə "Arsenal"a icarəyə verilib. Hücumçu London klubunda keçirdiyi 258 oyunda 175 qol vurub.
Oxunub: 231



XƏBƏR LENTİ