Valyuta məzənnəsi

Avropa nəhənglərinin istədiyi futbolçuya 100 milyon avro...

Tarix:18-03-2019, 15:28

Avropa nəhənglərinin istədiyi futbolçuya 100 milyon avro...
"Çelsi"nin futbolçusu Nqolo Kante Avropa nəhənglərinin transfer siyahısındadı.

Obyektivxeber.info xəbər verir ki, "Real" və RSJ-dən sonra "Yuventus"da Fransa millisinin Mali əsilli üzvünün transferi üçün hərəkətə keçib.

"Tuttosport"un iddiasına görə, mövsümün sonunda "Arsenal"dan Aaron Remzini heyətinə qatacaq Turin klubu Kanteni də transfer etmək istəyir. Xəbərdə qeyd edilir ki, "Çelsi" bu futbolçu üçün ən azı 100 milyon avro tələb edir. Kantenin özünün də London klubundan ayırlmaq istədiyi bildirilir.

Fransalı futbolçunu "Yuventus"dan başqa "Real" və PSJ də heyətinə qatmağa çalışır.

Qeyd edək ki, Kante 2016-cı ildə "Lester"dən "Çelsi"yə 35,8 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 100 milyon avro qiymət qoyduğu 27 yaşlı yarımmüdafiəçi cari mövsümdə keçirdiyi 42 rəsmi oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Oxunub: 260



XƏBƏR LENTİ