Valyuta məzənnəsi

Türkiyənin 3-cü liqa klubu Eden Hazardı transfer etmək istəyir

Tarix:25-03-2019, 14:10

Türkiyənin 3-cü liqa klubu Eden Hazardı transfer etmək istəyir
Türkiyənin 3-cü liqa klubu "Kırşəhər Bələdiyyəspor" klubu "Çelsi"nin və Belçika millisinin üzvü Eden Hazardı transfer etmək istəyir.

Obyektivxeber.info xəbər verir ki, bu barədə Almaniyanın məşhur statistika saytı "Transfermarkt"da məlumat yerləşdirilib.

Belə ki, Hazardın "Transfermarkt"dakı səhifəsində onu transfer etmək istəyən klublara dair "söyləntilər" bölümündə "Kırşəhər Bələdiyyəspor"un da adı yer alıb.

Səhv və ya qəsdən edildiyi bilinməyən qeyd oxucuların gözündən yayınmayıb.



Qeyd edək ki, "Transfermark" Eden Hazarda 150 milyon avro qiymət qoyub. Belçikalı ulduzun yayda "Real"a transfer olunacağı deyilir.
Oxunub: 242



XƏBƏR LENTİ