Valyuta məzənnəsi

Luka Modriç: "İlk xəbərdarlığı Azərbaycandan almışdıq"

Tarix:25-03-2019, 14:11

Luka Modriç: "İlk xəbərdarlığı Azərbaycandan almışdıq"
"Bu məğlubiyyəti gözləmirdik. İlk xəbərdarlığı Azərbaycandan almışdıq. Amma həmin görüşdə necəsə nəticəni təmin edə bildik. Ancaq bu dəfə bizim üçün yeni şok oldu”.

Obyektivxeber.info xəbər verir ki, bu sözləri "AVRO-2020"nin seçmə mərhələsində Azərbaycan millisi ilə birgə E qrupunda yer alan Xorvatiya yığmasının kapitanı Luka Modriç səfərdə Macarıstana 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Modriç futbolçuların dünya çempionatında qazanılan uğurun eyforiyasından hələ də çıxa bilmədiklərini söyləyib: "Oyunumuzu dərhal düzəltməliyik. Əks təqdirdə, Avropa çempionatından kənarda qala bilərik ki, bu da fəlakət olar, Bu cür davam etsək, böyük problemlər yaşayacağıq. Dünya çempionatını unutmaq lazımdı. Futbol belədi, qələbəni bayram etmək üçün çox vaxtın olmur. Tez-tez yeni oyunlar gəlir və bunun hamısı yolumuzda maneədi. İstənilən komanda problem yarada bilir".

"Azərbaycan və Macarıstana qarşı oyunla müqayisədə bundan sonra daha yaxşı oynamalıyıq. Daha sürətli oynamalı və çox hərəkət etməliyik. Bunlar sıx müdafiəni yarmaq üçün vacib olan şərtlərdi. Azərbaycanla oyunda bunu çətinliklə bacarsaq da, bu gün edə bilmədik. Meydanda sərgilədiyimiz oyun səviyyəmizə uyğun deyil" deyə Modriç bildirib.
Oxunub: 186



XƏBƏR LENTİ