Valyuta məzənnəsi

Luka Modriç: "Azərbaycan münasib rəqib olmadığını göstərdi"

Tarix:22-03-2019, 15:39

Luka Modriç: "Azərbaycan münasib rəqib olmadığını göstərdi"
"Oyun gözlədiyimizdən daha çətin oldu. Lakin asan olacağını da gözləmirdik. Azərbaycan çətin komanda olduğunu sübut etdi. Bizim üçün ən vacib olanı üç xal qazanmaq idi və bunu da bacardıq".

Obyektivxeber.info xəbər verir ki, bu sözləri Xorvatiya millisinin kapitanı və "Real"ın futbolçusu Luka Modriç "AVRO-2020"nin seçmə mərhələsinin I turunda Azərbaycanı 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

"Qızıl top” mükafatının son qalibi Zaqrebdə 2:1 hesaı ilə qalib gəldikləri matçı şərh edərkən yığmamızın çətin rəqib olduğunu bildirib: "Azərbaycan münasib rəqib olmadığını göstərdi. Əsas odu ki, bizə lazım olan 3 xalı qazana bildik. Əks-hücumlarda daha tez müdafiə olunmağı bacarmalıyıq. Bu oyunda bunu yaxşı bacarmadıq. Zəif cəhətimiz budu".
Oxunub: 215



XƏBƏR LENTİ