Valyuta məzənnəsi

“Qarabağ”ın ÇL matçının hakimləri bəlli oldu

Tarix:Dünən, 11:22

qarabagin-cl-matcinin-hakimleri-belli-oldu

"Qarabağ”ın UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə ilk oyununun hakimləri müəyyənləşib.

"Qafqazinfo” xəbər verir ki, II təsnifat mərhələsində İrlandiyanın "Şelburn” klubu ilə keçiriləcək səfər görüşünə Xorvatiyadan olan ədalət təmsilçiləri təyinat alıb.

İyulun 23-də Dublindəki "Tolka Park”da baş tutacaq qarşılaşmanı Ante Çulina idarə edəcək. Luka Puşiç və İvan Mihali oyunun baş hakiminin köməkçiləri olacaqlar. Mateo Erceq dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Oxunub: 2



XƏBƏR LENTİ