Valyuta məzənnəsi

“Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri hər bir Bakı sakininin ürəyincədir

Tarix:8-02-2019, 12:12

“Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri hər bir Bakı sakininin ürəyincədir
“Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri hər bir Bakı sakininin ürəyincədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində deyilir.

“Vətəndaşlar ölkədə aparılan quruculuq işlərinə uyğun olaraq təkliflərinin yaşadıqları əraziləri daha da gözəlləşdirəcəyinə əmindirlər. “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri hər bir Bakı sakininin ürəyincədir. Vətəndaşlar burada müasir parkların, geniş yolların salınmasına sevindiklərini, belə abadlıq işlərinin başqa yerlərdə də aparılmasını arzuladıqlarını bildirirlər. Nərimanov rayonunun Təbriz küçəsində, Xəzər rayonunun Buzovna qəsəbəsində və başqa yerlərdə aparılan abadlıq və yenidənqurma işlərində milli arxitektura ənənələrindən istifadə edilməsi barədə fikirlər də maraq doğurur.

Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Milli qəhrəmanların və şəhidlərin, görkəmli şəxslərin və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi, müxtəlif şəhər və rayonlarda yeni salınmış küçə və massivlərə onların adlarının verilməsi barədə fikirlər və təkliflər də az deyil”, - deyə məqalədə bildirilir.
Oxunub: 298



XƏBƏR LENTİ