Dünya mətbuatında Azərbaycana və dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinə böyük maraq göstərilməsini müşahidə edirik. Dünyanın elə bir aparıcı mətbuat orqanı, xəbər agentliyi yoxdur ki, orada Azərbaycan və onun rəhbəri haqqında silsilə materiallar verilməsin, xüsusilə Azərbaycanın sürətli inkişafından, onun tolerantlıq və multikulturalizm, turizm və idman mərkəzinə çevrilməsindən, ölkədə hökm sürən sabitlikdən, bütün Şərq ölkələri və İslam dünyası üçün gözəl nümunəyə çevrilməsindən bəhs edən yazılar, müsahibələr və reportajlar dərc olunmasın. Xüsusilə Prezident seçkiləri zamanı Avropanın, Amerikanın və Şərq ölkələrinin aparıcı kütləvi informasiya vasitələrində dərc olunan materiallar buna əyani sübutdur.