Valyuta məzənnəsi

Avtomobil Yolları Dövlət Agentliyi yollardakı vəziyyətlə bağlı məlumat yayıb

Tarix:19-02-2019, 13:48

Avtomobil Yolları Dövlət Agentliyi yollardakı vəziyyətlə bağlı məlumat yayıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) respublikanın avtomobil yollarının hazırkı vəziyyəti ilə bağlı məlumat yayıb.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağış, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə qar yağır. Havanın temperaturu müsbət olduğundan yolda qar yoxdur, hərəkət təmin olunub. Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində yollarda 5-10 santimetr qar var, lazımi tədbirlər görülür və nəqliyyatın hərəkəti təmin olunur.

Giləzi-Xızı yoluna qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənərək, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

Bakı-Qobustan ərazisinə qar yağır, 1-2 dərəcə şaxta var. Yolun Cəngi-Qobustan hissəsinə 7-10 santimetr qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər görülür. Qobustan-Şamaxı-Muğanlı ərazisinə güclü qar yağır, 1-2 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, eyni zamanda, qum-duz səpilir. Hərəkət təmin edilib.

Muğanlı-Ağsu-Yevlax avtomobil yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənərək, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

Bakı-Ələt-Hacıqabul-Sulu yoluna qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Hacıqabul–Ucar–Yevlax yolunun Hacıqabul-Ucar hissəsinə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Yevlax – Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Muğanlı–İsmayıllı yolunda qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. İsmayıllı–Oğuz–Qəbələ-Şəki yoluna qar yağır, yolun İsmayıllı-Qəbələ hissəsinə 7 santimetr qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib və qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Yolun Oğuz-Şəki hissəsində sulu qar yağır.

Şəki–Qax–Zaqatala–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, yağış və sulu qar yağır. Nəqliyyat vasitələrinin hərəkəti normaldır. Yevlax– Şəki (Göybulaq)-Şəki rayonu ərazisində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır. Gəncə-Daşkəsən-Xoşbulaq yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Şəmkir-Gədəbəy, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu, Masallı–Yardımlı yollarında yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Lənkəran–Lerik yolunda yağıntı yoxdur, hava dumanlıdır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Hacıqabul–Bəhramtəpə–Horadiz yolunun Hacıqabul-Sabirabad-Saatlı hissəsində hissələrlə sulu qar və yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Oxunub: 346



XƏBƏR LENTİ