Martın 13-də Füzuli rayonunun Horadiz qəsəbəsində “KOB Dostu” fəaliyyətə başlayacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AZƏRTAC-a bildirib ki, bu, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə ilk “KOB Dostu”dur. Burada Füzuli rayonu ilə yanaşı, ətraf rayonlarda, o cümlədən Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən sahibkarlara da xidmət göstəriləcək.
Qeyd edək ki, hazırda Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Gəncə, Yevlax, Şabran, Qəbələ və Abşeronda “KOB Dostu” fəaliyyət göstərir.
Oxunub: 248