Valyuta məzənnəsi

“Zəngəzur” tankeri əsaslı təmir edilib

Tarix:22-03-2019, 14:03

“Zəngəzur” tankeri əsaslı təmir edilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Zəngəzur” tankeri əsaslı təmir edilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər tam uğurla başa çatdırılıb.

Təmir müddətində gəminin sualtı və suüstü hissəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənib və rənglənib. Maşın şöbəsində baş və köməkçi mühərriklər, köməkçi mexanizmlər, qurğular təmir olunub. Avar valları yenilənib, göyərtədə və maşın şöbəsində boru işləri yerinə yetirilib. Həmçinin gəmi üzrə elektrik quraşdırma və avtomatika işləri görülüb. Bununla yanaşı, gəminin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar da yenilənib.

Tanker artıq dəniz sınağından uğurla çıxıb və yenidən yükdaşımalara cəlb edilib.

“Zəngəzur”un yükgötürmə qabiliyyəti 13 min tona bərabərdir. Gəminin uzunluğu 150 metr, eni 17,3 metr, suya oturumu isə 7,14 metrdir. ASCO-nun tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO üçün iki yeni tanker tikilir. Onlar biri – “Laçın” tankeri inşasının növbəti mərhələsininin həyata keçirilməsi məqsədilə bu günlərdə suya buraxılıb. Sözügedən tanker 2019-cu ilin iyununda tam istismara veriləcək.
Oxunub: 315



XƏBƏR LENTİ