“Azərişıq” ASC Nardaran, Bilgəh və Buzovna (Albalıq yaşayış sahəsi) qəsəbələrində elektrik verilişi xətlərində aparılan yenidənqurma işlərini yekunlaşdırır.
Bu barədə AZƏRTAC-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
O bildirib ki, bununla əlaqədar martın 24-də saat 11:00-dan 14:00-dək adı çəkilən qəsəbələrin bəzi ərazilərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.
Oxunub: 233