Cari ilin yanvar-fevral aylarında Azərbaycandan MDB ölkələrinə 143 milyon 72 min ABŞ dollarlıq məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2018-ci ilin eyni aylarına nisbətən 6 milyon 331 min dollar azdır.
Bu ilin ilk iki ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 425 milyon 928 min dollar olub.