Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 2 milyard 201 milyon 173 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 66 milyon 804 min dollar çoxdur.
Ötən iki ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 329 milyon 870 min dollar olub.