Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar Bişkekdə keçirilən biznes foruma dəvət edilirlər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan AZƏRTAC-a bildirilib ki, mayın 17-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "Əməkdaşlıq çərçivəsini genişləndirərək" mövzusunda biznes forumu keçiriləcək. Tədbirin məqsədi ŞƏT çərçivəsində iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi, biznes əlaqələrinin, ticarətin və ixracın inkişaf etdirilməsi, yeni investisiyaların cəlb edilməsi və əlaqədar layihələrin reallaşdırılması ilə bağlı müzakirələrin və fikir mübadiləsinin aparılmasından ibarətdir.