Bu ilin ilk iki ayında Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 4,5 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib. Nazir qeyd edib ki, ötən il isə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 74 faiz çoxalıb.