Valyuta məzənnəsi

Nazir: Yanğından zərər çəkən sahibkarlardan 4-5 ay icarə haqqı alınmayacaq VİDEO

Tarix:29-03-2019, 16:39

Nazir: Yanğından zərər çəkən sahibkarlardan 4-5 ay icarə haqqı alınmayacaq VİDEO“Diqlas” ticarət mərkəzində baş verən yanğından zərər çəkən sahibkarlardan 4-5 ay icarə haqqı alınmayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, Bakıda yerləşən ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirilir. Bir sıra ticarət mərkəzlərində boş qalmış satış yerləri zərərçəkmişlərə təqdim olunur. Artıq bəzi konkret təkliflər var: “Zərərçəkənlərdən ilk 4-5 ay ərzində ticarət mərkəzlərində icarə haqqı alınmadan şərait yaradılacaq. Sonra isə digər yerlərə nisbətən 20 faiz ucuz olmaqla icarəyə veriləcək. Biz sahibkarlara bu paketi təqdim edirik”.

Ş.Mustafayevin sözlərinə görə, yanğından zərər çəkən sahibkarlar üçün uzunmüddətli güzəştli kreditlər də təklif olunur. Artıq onlara güzəştli kreditlərin şərtləri barədə məlumat verilir.

Xatırladaq ki, mart ayının 26-da Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Prezident İlham Əliyev məsələni dərhal nəzarətə götürüb. Martın 28-də baş vermiş yanğınla əlaqədar dövlət başçısının sədrliyi ilə müşavirə keçirilib. Martın 29-da isə ticarət mərkəzindəki yanğında zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi üçün ölkə başçısının Sərəncamı ilə İqtisadiyyat Nazirliyinə 3 milyon manat ayrılıb.

Oxunub: 215



XƏBƏR LENTİ