Valyuta məzənnəsi

Formula 1 Azərbaycan Qran-Prisi telekommunikasiya xidmətləri ilə tam təchiz olunub

Tarix:23-04-2019, 13:25

Formula 1 Azərbaycan Qran-Prisi telekommunikasiya xidmətləri ilə tam təchiz olunubAprelin 26-28-də Bakıda keçiriləcək 2019 Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən yarışların telekommunikasiya xidmətləri ilə təminatı üçün zəruri tədbirlər görülüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin tələbatına uyğun olaraq mövcud infrastrukturdan istifadə etməklə tələb olunan sayda və istiqamətlərdə optik liflər, eləcə də beynəlxalq çıxışları təmin edilməklə telefon xətti ayrılıb.

Həmçinin, “Bakı Şəhər Halqası” keçən küçə və prospektlərdə kabel-kanalizasiya qurğularının mühafizəsi təmin edilib.

Eyni zamanda, dayanıqlı, yüksəksürətli internet təminatı üçün müvafiq işlər görülüb. Daha keyfiyyətli radiorabitə xidmətləri və TV yayımı üçün yüksək parametrlərə malik optik kabel və 500-dək radiotezlik nominalı ayrılıb.

Bu da yarışlar zamanı istifadə ediləcək radioelektron vasitələrinin, televiziya və FM radio proqramlarının maneəsiz işinə imkan verəcək.

Oxunub: 347



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə