Cari ilin martında fevral ayına nisbətən nəqliyyat xidmətlərinin qiymətləri 0,1 faiz, o cümlədən yükdaşıma xidmətlərinin qiymətləri 0,5 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişindaşıma xidmətlərinin qiymətləri isə 2 faiz bahalaşıb.